Ötən bir il ərzində prokurorluq orqanlarının 66 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.
Vətəninfo.az-ın Virtualaz.org-a istinadla məlumatına görə, bu barədə mətbuatda dərc olunmuş məqaləsində baş prokuror Zakir Qaralov yazıb.
Onun yazdığına görə, prokurorluq orqanları üzrə icra və əmək intizamının tələblərini pozduqlarına və digər neqativ hallara yol verdiklərinə görə cəzalandırılan əməkdaşlardan 46 nəfərə şiddətli töhmət və töhmət elan edilib, 7 nəfər vəzifədən azad edilib, 3 nəfər xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə prokurorluq orqanlarından xaric olunub. İntizam məsuliyyətinə cəlb edilənlərin 8 nəfəri Baş Prokurorluğun, 6 nəfəri hərbi, 16 nəfəri Bakı şəhər prokurorluq orqanlarının, 12 nəfəri rayon prokuroru, 24 nəfəri isə respublika tabeliyində olan rayon prokurorluqlarının digər əməkdaşları olub.
Baş prokuror bildirib ki, prokurorluq işçilərinin xidməti fəallığının artırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilərək bu müddət ərzində prokurorluq orqanları üzrə 152 prokurorluq işçisi barəsində həvəsləndirmə tədbiri tətbiq olunub. Onlardan 2 nəfər "Prokurorluğun fəxri işçisi” döş nişanı, 37 nəfər fəxri fərmanla təltif edilib, 23 nəfərə qiymətli hədiyyə, 6 nəfərə isə vaxtından əvvəl növbəti xüsusi rütbə verilib.
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT