Abbas Bağırov: "Cinayətkarı cəzalandırıb, həbsə atdıracam"

Abbas Bağırov:
Çoxdandır efirlərdə görünməyən əməkdar artist Abbas Bağırov yaradıcılığında "fırtınaqabağı sakitlik" olduğunu deyib.

Miq.az  xəbər verir ki, Yeniçağ.Az-a açıqlama verən müğənni yeni layihələr üzərində çalışdığını bildirib: "Bomba düşməmişdən əvvəl səsi gəlir. Yeni mahnılar, kliplər gəlir, hazır olun".

Müğənni filmə çəkilmək arzusundan da danışıb:

"Qardaşlar" serialına çəkilmişəm, maraqlı filmlər olsa, yenə çəkilərəm. Əslində, indi yazılan ssenarilərın çoxunu bəyənmirəm. Çünki nə süjet xətti, nə də ümumi ssenari baxımından məni qane etmir. Çox istərdim ki, Türkiyədə məşhur olan "İçəridə" və "Güney Qüzey" kimi seriallara çəkilim. Ona görə yox ki, türk serialına çəkilmək istəyrəm, sadəcə olaraq, bu serialların süjet xətti, ssenarisi çox xoşuma gəlir".

O, polis obrazında çəkilmək arzusunu da gizlətməyib: "Mən araşdırıb, axtarıb, cinayətkarı yaxalayan detektiv, ya da polis rolunda çəkilmək istəyirəm. Cinayətkarı cəzalandırıb, həbsə atdıracam. Qoy ağıllansınlar. Əslində, həyatda qəddar biri deyiləm, amma filmdə qəddarlaşa bilərəm".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az