“ABŞ-la əməkdaşlığımız nəticə verməsə, bölgəyə girəcəyik” – Türkiyə XİN başçısı

“ABŞ-la əməkdaşlığımız nəticə verməsə, bölgəyə girəcəyik” – Türkiyə XİN başçısı
"Suriyanın şimalında təhlükəsizlik bölgəsinin yaranması istiqamətində ABŞ-la əməkdaşlığımızdan bir nəticə əldə edilməzsə, biz bölgəyə girəcəyik”.

"Report” "Hurriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu monteneqrolu həmkarı Srdjan Darmanoviçlə sentyabrın 10-da keçirdiyi mətbuat konfransında bildirib.
"ABŞ-la müzakirələr başlayandan indiyə kimi ilk addım atılıb. Bir ortaq fəaliyyət mərkəzi qurulacaq. Biz bunu yaxşı başlanğıc olaraq dəyərləndiririk. Xəbərdarlıqlarımızı qəti şəkildə ABŞ-a açıqladıq. ABŞ başda Münbiç yol xəritəsi olmaqla məsələyə laqeyd yanaşır. Təəssüf ki, YPG (terrorçu PKK/YPG-PYD qruplaşmasını nəzərdə tutur – red.) terror qruplaşmasına görə məsələni təxirə salıb. Bu gün xəbərdarlıqlarımızda haqlı olduğumuzu gördük.
Bununla belə, ABŞ-ın təhlükəsizlik bölgə ilə bağlı prosesə başlamaq istədiyini düşünürük. ABŞ-ın atdığı addımlar kosmetikdir. Türkiyənin isə planı hazırdır. Suriyanın şimalında təhlükəsizlik bölgəsinin yaranması istiqamətində ABŞ-la əməkdaşlığımızdan bir nəticə əldə edilməzsə, biz bölgəyə girəcəyik. Bölgələri YPG və İŞİD-dən təmizlədiyimiz kimi, bu bölgələri də təmizləyərik. Biz ABŞ-la birgə fəaliyyət göstərmək istəyirik. Ancaq indi onlar daha PKK/YPG-PYD tərəfdarları ilə işləmək istəyən kimi davranırlar”, – deyə Mövlud Çavuşoğlu vurğulayıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az