ABŞ ordusunda xidmət edən azərbaycanlı həbçi Nəimi Əmiral mükafatlandırılıb.
Miq.Az xəbər verir ki, o, bu barədə "Facebook” səhifəsində paylaşım edib.
Xidmət etdiyi komandanlıq onu "Təşəkkür” medalı ilə təltif edib.
Nəimi Əmiral hazırda Amerika Birləşmiş Ştatları Donanmasının Avropa və Afrika qüvvələri baş qərargahında Xarici Əlaqələr Zabiti olaraq xidmət edir. Qeyd edək ki, o, uğurlu xidməti sayəsində 12 medalla təltif olunub.
Nəimi Əmiral Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. Bir övladı var. Nyu-York Dövlət Universitetini iki magistr dərəcəsi - İqtisadiyyat və Siyasi Əlaqələr üzrə bitirib. Azərbaycan, İngilis, Rus və İtalyan dillərini mükəmməl bilir. 2001-ci ildə 11 sentyabr hadisələrindən qısa müddət sonra ABŞ hərbi donanmasında xidmətə başlayıb və daha sonra 2005-ci il avqust ayında ABŞ Dəniz Donanmasının zabit məktəbini bitirdikdən sonra prezident Corc Buşun sərəncamı ilə zabit rütbəsi alıb./Missiya.Az/