"Ac və kasıb idim" - əməkdar artist ağladı

Əməkdar artist Kübra Əliyeva "Bizimləsən” verilişinin qonağı olub.

Vizual.az-ın məlumatına görə, aktrisa keçmiş ağır günlərini xatırlayıb ağlayıb:

"Kaş Sumqayıtda yaşadığım ac günlərim olardı. Çünki onda daha xoşbəxt idim. İtirdiyim balama orada çox əziyyət çəkmişəm. Orada qalanda ac, kasıb idim. Halal çörək az olur, amma yaxşı olur. Əvvəl yataqxanada qalırdım. Sonra ev verdilər. Universitetdə oxuyanda, Bakıya dərsə gəlməyə pulum yox idi. Hərdən sosial şəbəkədə yazırlar ki, "Afaq Kubra xanımın paltosun geyinib”. Yazmayın, xoşum gəlmir. Geyinib, bunu nə Afaq, nə də Kubra danır. O plaşın materialı nə idi bilirsiniz? Klonkadan tikdirmişdim”./Axşam.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az