Aeroport yolunda ağır qəza – “Jeep” piyadanı vuraraq öldürdü

Aeroport yolunda ağır qəza – “Jeep” piyadanı vuraraq öldürdü
Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report” xəbər verir ki, sürət həddi 120 km/saat olan aeroport yolunda hələlik şəxsiyyəti məlum olmayan təxminən 60-65 yaşlı kişi piyadalar üçün müəyyən edilməmiş hissədən keçərkən onu "Jeep” markalı avtomobil vurub.
Piyada hadisə yerində ölüb. Qəzanı törədən sürücü idarəetməni itirdiyindən yolda hərəkətdə olan iki "Mercedes” markalı avtomobilə çırpılıb. Nəticədə "Jeep” deformasiyaya uğrayıb. Hadisəni törədən sürücü xəsarət alıb. Təcili tibbi yardım xidməti sürücüyə hadisə yerində ilkin tibbi yardım göstərib.
Baş verən qəza ilə bağlı əraziyə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Faktla bağlı cinayət işi başlanılıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az