AFFA "Kəpəz" və "Sumqayıt"ın məşqçilərini cəzalandırdı

AFFA
AFFA-nın İntizam Komitəsi Gəncənin "Kəpəz" klubunun və "Sumqayıt"ın məşqçiləri Xaliq Mərdanovla Mübariz Orucovu 5 oyunluq cəzalandırıb.
Mərdanovun cəzalanmasına Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində Bakıda keçirilmiş "İnter"lə oyundan sonra hakimi təhqir etməsi səbəb olub.

Bundan başqa məşqçinin hərəkətinə görə Gəncə klubu 5000 manat cərimələnib. Digər tərəfdən, komandanın 4 futbolçusunun sarı vərəqə alması 1000 manat cərimə ilə nəticələnib. "İnter"də isə matçın 86-cı dəqiqəsində Dieqo Martins ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb və klubu 200 manat xərcə düşüb.

Orucov da 5 oyunluq texniki zonadan uzaqlaşdırılıb və klubu 5000 manat cərimələnib. O isə AZAL-la keçirilmiş ev oyununda baş verən analoji hadisəyə görə cəzaya məruz qalıb. Həmin oyunda "Sumqayıt"ın futbolçusu Bəxtiyar Həsənalızadə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Üstəlik, klubun 5 futbolçusu "sarı" aldığı üçün klub 1000 manat ödəməli olacaq.

"Report"



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az