Agahlandırma Kampaniyası davam edir

Agahlandırma Kampaniyası davam edir

Azərbaycanın Nəqliyyat Nazirliyi Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi ilə birgə Agahlandırma Kampaniyasına start verib.

 I Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Nəqliyyat Nazirliyinin üzərinə olduqca böyük məsuliyyət düşür.
“Oyunlara hazırlıq prosesində Nəqliyyat Nazirliyi bilavasitə Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsi ilə birgə fəaliyyət göstərir və nəqliyyat-yol kompleksi üzrə öhdəsinə düşən işlərin tələb olunan səviyyədə, yüksək keyfiyyətlə yerinə yetirilməsinə çalışır. O cümlədən, Oyunlar ərəfəsində və Oyunlar zamanı hərəkətin tənzimlənməsi, keyfiyyətli və təhlükəsiz daşımaların təmin edilməsi məqsədilə Nəqliyyat Nazirliyi BAOƏK ilə birgə Agahlandırma Kampaniyasına start verib.
Həmçinin, ictimai məlumatlığın artırılması, sürücülərin və piyadaların hərəkət zamanı təhlükəsizlik qaydaları haqqında təlimatlandırılması məqsədilə həyata keçirilən kampaniya zamanı həm respublikada fəaliyyət göstərən milli televiziyalar, həm də paytaxtdakı avtobus dayanacaqlarında və Bakının mərkəzində quraşdırılmış böyük monitorlarda mütəmadi olaraq yol təhlükəsizliyini təbliğ edən video-roliklər nümayiş etdiriləcək, şəhərdəki reklam lövhələrinə və avtobus dayanacaqların afişalar vurulacaq, o cümlədən sosial şəbəkələr vasitəsilə də yayılacaqdır”, - deyə, məlumatda bildirilir.
Qeyd edək ki, 49 Milli Olimpiya Komitəsinin iştirak  etdiyi Avropa Olimpiya Komitələrinin 41-ci Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Oyunlarını keçirmək hüququ Azərbaycanın paytaxtı Bakı şəhərinə verilib.
Bu tarixi qərarın qəbul edilməsində, əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynamışdır. Çünki Azərbaycan dünya miqyasında özünü dinamik inkişaf edən müasir güclü ölkə kimi təqdim edə bilib və bu gün dünya miqyasında çox etibarlı tərəfdaş və etibarlı dost kimi tanınır.
Ən son məlumatları http://az.baku2015.com/ veb səhifəsindən, 2015 nömrəli Tamaşaçı Məlumat Mərkəzindən, Nəqliyyat Nazirliyinin http://mot.gov.az/, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin http://dyp.gov.az/ və Bakı Şəhər İcra Hakimiyyətinin www.baku-ih.gov.az veb səhifələrindən, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əlaqə nömrələrindən, həmçinin 107.7 FM radio dalğası (www.niim.az ) və https: www.facebook.com/niim.gov.az?fref+ts facebook səhifəsindən əldə etmək mümkündür. 

Oxu.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az