Çakırdan ŞOK müharibə iddiası: Düyməyə basılıb, çox böyük bir...
Türkiyənin məşhur aktyoru, Azərbaycan tamaşaçılarının əsasən "Kurtlar Vadisi" serialında Çakır obrazı ilə tanıdığı Oktay Kaynarca sosial şəbəkədəki şəxsi səhifəsindən Türkiyə xalqına xəbərdarlıq edib.
Missiya.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor Türkiyənin vətəndaş müharibəsi təhlükəsi ilə qarşı qarşıya olduğunu deyib. Oktay Kaynarca yazdığı mesaja Türkiyə xəritəsi də əlavə edib.
"Yatma Türkiyə, yatsan bu xəritədən əsər qalmayacaq. Düyməyə basılıb, çox böyük bir vətəndaş müharibəsi planlaşdırılır... Sülh, bərabərlik və dik dayanmaq xaric hər bir addım parçalanmağımıza səbəb olacaqdır.. Cahillər, xainlər və cəsusların təxribatı ilə əllərində qanlı bıçaqları, masaya uzatdıqları Türkiyəni parçalamağa hazırlaşırlar.. Türk, kürd, laz, çərkəz, ələvi, sünni... hamı qışqıra-qışqıra hər sahədə, hər məcrada bu ölkənin bölünməz olduğunu hayqırmalıdır.. Yatma Türkiyə, yatsan ölərsən..."
Miq.az