Özünü xanəndə adlandıran bu zat Qarabağ Muğam Məktəbinə böhtan atır
“Yeni Müsavat” qəzetinin №132 (5141), 21 may 2012-ci il tarixli sayında özünü xanəndə kimi cəmiyyətdə gözə dürtən Alim Qasımov adlı birisi müsahibə verərək belə bir ifadəni deməkdən çəkinməmişdir: “Qarabağ zavod deyil ki, səs istehsal etsin”. Əslində onun belə açıqlama verməsinin səbəbinin dərin qatlarını müsahibəni götürən savadsız müxbirin özü belə fərqinə vara bilməmişdir. Çünki, əhəməni, sasani, ələmut və pəhləvilər dönəmindən qalma gizli strateji niyyətlərə hesablanmış ovqatla daim türkün özümlü mədəni qatlarını bayağılaşdırmaq və məhv etməyə hazır olan bir zümrənin açıqlamasıdır bu. Qarabağ Muğam Məktəbinə qarşı atılan bu çamur məhz həmin münasibətin ənənəsindən qalma bir təzahürdür. Türkün aşıq və muğam sənətini daim farsın və ərəbin boğaz məxrəclərində məhv etmək tipli siyasət çox təəssüflər olsun ki, indi də çılpaqlığı ilə özünü büruzə verir.
Qarabağ Muğam Məktəbi – Türkün ulu ruhudur
Böyük türk hökmdarı Abbas Mirzə Qacar 1820-ci illərdə yazırdı: “Qarabağ Türkün mədəni ruhu, İrəvan isə onun hərbi strateji gücü deməkdir. Bunun ikisindən məhrum olmaq, Qafqazı əldən vermək, türkün gücünü məhv etmək deməkdir”. Çox təəssüflər olsun ki, 1828-ci ildən 1925-ci ilə qədər İrəvanı türkün əlindən almaqla dünya gücləri Qafqazda özlərinin məkrli siyasətlərini həyata keçirə bildilər. Bunun ardınca Qarabağın Zəngəzur bölgəsini Ermənistana, Dağlıq bölgəsini ermənilər üçün “muxtar vilayətə” və bunun ardınca isə digər bölgələrini də “Qırmızı Kürdüstan”a çevirmək üçün dərin siyasətlər aparıldı. O zaman dahi Üzeyir Bəy Hacıbəyli ən azından Qarabağı qorumaq üçün Bakıda yuva salmış əhəməni, sasani, ələmut və pəhləvi zümrəsinin qalıqlarına qarşı böyük bir savaş açdı. Üzeyir Bəyin sayəsində Sovetlər Birliyinin qatı antitürk mahiyyətli “Hind-Avropa” strategiyasının qarşısına Türkün Mədəni Gücünün iradəsini ortaya qoydu. Bununla da Üzeyir Bəy təkcə Azərbaycanda deyil, bütün Orta Asiyada, eləcə də Türk Dünyasında milli və mədəni təsisatların, tarixi və çağdaş ruhunun bütünlüyünü dünya səviyyəsinə qaldırdı. Qarabağ Muğam Məktəbinin əsas gücü şeirin heca ritminə bölünərək ifa tərzinin melodik harmoniyası ilə çulğalaşan bir mədəniyyətdir. Muğam sənətinin fars, ərəb, hind və kürd ladına heç bir bağlılığı yoxdur. Bunu bozkır kultunun qopuz ruhunun melodik sintezində aramaq lazımdır. Orta çağ dönəmində təbii olaraq türklərin böyük əksəriyyətinin islam dinini qəbul etməsi sayəsində Türk-İslam dualizmi adı ilə yeni bir mədəni qat yarandı. Ancaq, bu dualizm türkün ladında daha böyük masştabda Qarabağda qorunmuşdur. Qarabağdan kənarda Qafqazda bu ruhun institutsional miqyasda qorunub saxlanılmasında digər bölgələr o qədər də aktiv olmamışlar. Elə aşıq sənəti də muğam qədər türkün dual musiqi ruhudur. Heca ritmi ilə muğamı ifa etmək əslində, xanandənin səsinin və nəfəsinin harmonik şəkildə melodiyanın ruhunu daha asanlıqla səsləndirməsi üçün böyük imkanlar yaradır. Buna digər bölgələrdə rast gəlmək hələ ki, mümkün olmamışdır. Qarabağ, eləcə də Gəncə, Qazax, Borçalı və Muğan (Güney Azərbaycan) ifaçılıq sənətinin ecazkarlığının sirri də bundan ibarətdir. Qarabağda Muğam ifaçılığı bu mədəni qatın üzərində köklənməklə yanaşı, həm də daim inkişaf etdirilmişdir. Bu ecazkarlığın digər sirri isə, Qarabağın təbiətinin, suyunun, insanlarının genetik yaddaşının, bu ənənənin müxtəlif səviyyədə qorunub saxlanılması ilə əlaqədardır. Bu mədəni dəyəri ucuzlaşdırmaq, ona xor baxmaq üçün Şirvan ifaçılıq sahəsi daim fürsət axtarmışdır. Çünki, keçmiş Sovet İmperiyasının süni şəkildə icad etdiyi “Şirvan Muğam Məktəbi” və “Şirvan Aşıq Məktəbi” elə bu şər imperiyasının dağılmasından sonra tamamilə çökmüşdür.
“S” ritminin antitürk və fars qayəsi
Qafqazda türkün tarixi və mədəni qatı daim “mehranilər” zümrəsinin gizli xəyanətləri ilə müşahidə olunmuşdur. Halbuki, Qafqazda tarixən super etnos olan türk bütün toplumları bir araya gətirməklə onların özümlü mədəni dəyərlərinin də qorunub saxlanılmasına imkan yaratmışdır. Ancaq, qeyri türklər azacıq imkan yaranan kimi, dərhal türkə qarşı çeşidli xəyanətlərdə bulunmuşlar. Sovetlər imperiyası yaranan zaman türkün ən azından minillik mədəni dəyərlərini məhv etmək üçün “Hind-Avropa” nəzəriyyəsi irəli sürülmüşdü. Xüsusilə bu yöndə aşıq və muğam ifaçılığı sahəsində farslara və hindlilərə məxsus “S” ritmi üzərində qurulmuş mədəniyyət nəzəriyyəsinin inkişaf etdirilməsinə çalışılırdı. Halbuki, bu ritm meyxana tipli qavrayışdan başqa heç nəyə yaramır. Belə bir ucuz ifaçılıq sahəsi, əslində musiqinin ruhunu deyil, boğaz məxrəclərində fars-ərəb qəzəliyyatının hıqqanma modelinin tətbiq olunması deməkdir. Bununla da insan kübarlılığını itirir. Əslində muğam sənəti insanın kübar səviyyəyə qalxması deməkdir. Biz nə keçmişdə, nə də indi Şirvan ifaçılıq sahəsində buna rast gəlməmişik. Alim Qasımov adlı birisi muğam ifaçılığını müəyyən qədər öyrənsə də, sonradan öz ənənəsinə sadiq qalaraq, bu möhtəşəm türk sənətini zənci musiqisinin səviyyəsinə endirmişdir. Halbuki, zənci musiqisi hələ ki, bəşəri sivilizasiyanın evalyusiyasının nə orta həddinə, nə də zirvəsinə qalxa bilməmişdir. Alim Qasımov muğam ifaçılığı adı altında hoqqabazlıq səviyyəsində kübar muğam sənətini zənci (caz) ifaçılığı səviyyəsinə endirmişdir. Belə ucuz ifa tərzinə üz tutmaqla “biz muğamı dünyaya tanıdırıq” deməkdən belə usanmır. Bizim muğam və aşıq ifaçılıq sənətimizi “folklor”, evalyusiya mədəni qatının hər hansı bir mərhələsinə çatmamış musiqini isə “dünya klassikası” adlandırır. Segah, Şur, Rast, Bayatı Qacar, Mahur, Çahagah, Bayatı İsfəhan, Heyratı, Bayatı Şiraz, Qurd Ovşarı, Qatar, Rahab, Şahnaz, Nəva və digər muğamlarımızı hansısa şansonye, caz, blüz və digər ucuz bazar musiqi ifa tərzi səviyyəsinə endirmək milli musiqi sənətimizi bayağılaşdırmaq və onu dəyərsizləşdirmək deməkdir. Çünki, türkdən savayı dünyanın heç bir toplumunda dörddə bir – yarımton musiqi səsləri yoxdur. Digər toplumlar mədəni evalyusiyanın mərhələsini keçmək üçün alqurnativ dil sisteminə malik olmalıdırlar. Belə bir anlam ancaq türk toplumlarına bağlıdır. Dilin alqurnativ stukturu və melodik səs dalğasının harmoniyası tandem təşkil etməlidir. Bu iki sistemə təbiət səslərinin yaddaşını hopdurmaqla onu ilahi səviyyəyə yüksəltmək türkdən savayı heç bir topluma hələ ki, qismət olmamışdır.
Fars, ərəb, hind və kürd mədəni qatı bir ladlı olmaqla yanaşı, həm də “S” ritminin hayqırtısı üzərində köklənmişdir. Burada ecazkar sənət əsəri yaratmaq qeyri mümkündür. Çünki, melodik və dilin stukturalizmi baxımından bu mümkün deyil. Ona görə də, hər hansı bir melodik səs dalğası üzərində gəzişmələrə varmaqla özlərinə süni bir əzəmət yaratmağa çalışırlar. “S” ritminin ruhu isə cızıq qrammafon valları təsiri bağışlayır. Alim Qasımov bunun fərqində deyilsə, onda heç əlinə dəf alıb da muğam oxumamalıdır. Onun son illər ifa etdiyi musiqi lövhələri guya dərvişliyin ruhsal qatlarına pərçimlənmiş bir görüntüyə bənzəyir. Əslində dərvişliyin və sofuluğun (sufi) türk milli sənəti, fəlsəfi baxışları ilə heç bir ilgisi yoxdur. Qədim Sind vadisinin brəhmən və dravid estetik inanclarından qaynaqlanan sofuluq və ələmut hoqqabazlarının missioner kimi İran, Qafqaz və Türküstan yaylasında “S” ritminə söykənmiş tərkidünya mədəni işğal siyasəti türkün siyasi, ictimai və estetik inanc kultuna qarşı çevrilmiş bir soyuq savaş deməkdir. Son illər Tehran, Paris, Moskva və digər paytaxt şəhərlərindəki antitürk mərkəzləri Anadolu, Qafqaz və Türküstanda “S” ritminə söykəmli sofuluq və meyxana tipli ucuz qavramların ictimailəşməsi üçün milyonlarla vəsait xərcləməyə başlamışlar. Bununla da türkün özümlü estetik mədəni dəyərlərinin sapınmasına çalışılır. Sofuluq, arabes, sind mədəni qatının isə ictimai xarakter alması üçün çoxsaylı projelər belə gerçəkləşdirilməkdədir.
Qarabağsız Azərbaycan mədəniyyəti yox kimidir
Qarabağın gözü Şuşa hər zaman türk musiqisinin konsevatoriyası adlandırılmışdır. Bunu tarixin özü belə sübut etmişdir. Xarrat Qulu, Kor Xəlifə, Molla İbrahim, Məşədi Əyyub Baqi, Xan Qarabaği, Abdulla Həsən Şahid, Hacı Hüsü, Məşədi İsi, Əbdülbaği Bülbülcan, Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, İslam Abdullayev, Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov, Məcid Behbudov, Məşədi Məmməd Fərzəli, Mürşüd Məmmədov, Mütəllim Mütəllimov, Qaraxan Behbudov, Əkbər Behbudov, Əbülfət Əliyev, Arif Babayev, Qədir Rüstəmov, Süleyman Abdullayev, Səxavət Məmmədov kimi dahi sənatkar-xanəndələrin adlarını çəkmək olar ki, onlar Qarabağ Muğam Məktəbinin yetirmələridirlər.
Azərbaycan muğamlarının böyük tədqiaqatçısı Firudin Bəy Şuşalı qeyd edir ki, təkcə 19-cu yüzilin ortalarında Şuşada 92 şair, 22 musiqişünas, 38 peşəkar xanəndə, 16 rəssam, 5 astronom, 18 memar, 16 həkim yaşamışdır. Mamay məhəllsəində Mir Möhsün Nəvvabın evi nəinki Qarabağda, bütün Qafqazda həm də ən böyük kitabxana idi. Qarabağın, xüsusilə Şuşanın ecazkar təbiətini görənlər, oranın bulaqlarının suyunu içənlərin nəfəsi, səsi elə onun özü qədər saf və büllurdur. Bu möhtəşəmliyə kin-küdurət bəsləyən, yeri gələndə gizli niyyətlərini çamur təkin nifrinlə yağdıranlar gerçəkdən türksüz Qarabağ siyasətinin yanında durduqlarını da bəyan etmiş olurlar. Qarabağ vokal məktəbi elə zəngindir ki, bütün zamanlarda hər kəs ondan faydalanmağa çalışacaqdır. Çünki, səsin sehri qədər ilahi ruh yoxdur və ola da bilməz. Qarabağ Muğam Məktəbi rəssamın çəkdiyi hər hansı tablodan da gözəldir. Bu gözəllik səsin, ruhun, melodiyanın təbiətlə harmoniya təşkil edən yaddaşı ilə ifaçılıq tərzi deməkdir. Bunun əzəməti qarşısında insanlar hər zaman təzim etməyə məcbur olmuşlar. Bu gün Alim Qasımov və onun kimiləri dünyanın digər musiqi salonlarında gur alqışlarla qarşılaşdıqlarında bu, onların yüksək ifalarına görə deyil, Azərbaycan musiqisinin əzəmətindən riqqətə gəldiklərinə görə alqışlanırlar. Halbuki, əsil Qarabağ Muğam Məktəbinin ifaçılığı ilə bizlər dünya musiqi səhnəsinə yol açmış olsaq, bu zaman milli mədəniyyətimizin ecazkarlığı qarşısında alqışlarla deyil, çökülən dizlərin şahidi olarıq. Alim Qasımov bizim milli muğamlarımızı “dravid” və “sind” estetik inancları kultunun səviyyəsinə endirməklə əslində milli muğamlarımızin müasirləşdirilməsinə deyil, daha çox bayağılaşdırılmasına, dəyərsizləşdirilməsinə hesablanmış bir ifaçılıq tərzinə üz tutmuşdur. Bu, əslində ucuz başa gələn şoru kərə yağı qiymətinə tələbatın guya ödənildiyi qənaətini yaradır. Muğam ifaçılığı tarixində hələ ki, virtouz səviyyədə Alim Qasımovun mənsub olduğu “məktəb” bir nəfər də olsa yetişdirməyibdir. Çünki, həmin bölgədə çox zaman türkün milli–mədəni dəyəri, onun ruhu deyil, mehranilər zümrəsinin gizləncində kök salmış özümlülük kultu hakim olmuşdur. Boğaz məxrəclərində hoqqabazlıq və intermedia qavramına bənzər musiqi duyumluluğu heç zaman əzəmətli ola bilməz. Mir Möhsün Nəvvab 1913-cü ildə nəşr olunan “Vüzuhül həqiqəti məsnəvi” əsərində belə yazırdı: “Çahargah ildırımın çaxmasını, Dügah fəvvarə vuran bulqaları, Rast yazın mehini, Rəhavi yağış damlasını, Humayun quşların uçuşunu, Nəva bədbəxt sevgililərin ah-naləsini, Mahur suların şırıltısını, Şahnaz bülbüllərin cəh-cəhini, Üşşaq quşların havada süzməsini, Üzzal meteoritlərin hərəkətini xatırladır”. Qarabağ Muğam Məktəbi dedikdə ifaçı xanəndələr hər zaman bu prinsiplərə önəm verirlər. Ali Qasımov kimiləri heç zaman bu ali dəyəri anlamazlar. Qarabağdan çıxan ecazkar səslər hər zaman bu ali prinspin sehrində əzəmətli olmuşdur. Alim Qasımov kimiləri unutmasınlar ki, türkün bu möhtəşəm, kübar mədəni dəyərlərini özlərinin cılız xislətinə tabe etdirə bilməzlər. Çünki, genetikada kulturoloji anlamı heç zaman iflasa uğramır.
Ənvər BÖRÜSOY, sənətşüna