Almaniyalı jurnalistlər Mətbuat Şurasında olublar

Almaniyalı jurnalistlər  Mətbuat Şurasında olublar

Bu gün Almaniyanın ölkəmizdə səfərdə olan bir qrup jurnalisti Mətbuat Şurasında olub. Şuradan “Vətəninfo”ya verilən məlumata görə, MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli qonaqları salamlayaraq bildirib ki, Şura Avropanın bir çox jurnalist qurumları ilə sıx əlaqələrə malikdir və təşkilatın təmsilçiləri müntəzəm olaraq həm qitə, həm də dünya miqyaslı müxtəlif media tədbirlərinə qatılırlar. MŞ sədri Əflatun Amaşovun da hazırda Belçikanın paytaxtı Brüsseldə Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak etdiyini deyən Ələsgərli qarşılıqlı əlaqələrin daha da intensivləşdirilməsinin vacibliyini önə çəkib. MŞ sədrinin müavini Şuranın yaranma zərurətindən, ötən 9 ildəki fəaliyyət istiqamətlərindən ətraflı söhbət açıb, qurumun işinin spesifik cəhətlərinə diqqət çəkib. Almaniya jurnalistlərinin ölkəmizə səfərlərinin "Azadlıq Naminə" Fridrix Nauman Fondu tərəfindən təşkil olunduğunu bildirən FNF-nin Azərbaycan təmsilçisi Səbuhi Qafarov bu missiyanın Almaniya və Avstriya jurnalistlərinin respublikamızla daha yaxından tanışlığa xidmət göstərdiyini söyləyib. O, qonaqların Bakıda keçirdiyi görüşlər barədə məlumat verib. Dialoq şəklində davam etdirilən görüşdə almaniyalı jurnalistlərdən Klaudio Salzenin ("Der Tagesspiegel"), Silvia Stoberin ("Neue Zurcher Zeitung"), Johannes Voswinkelin ("Die Zeit"), həmçinin FNF-nin layihə direktoru Jasemin Pamukun suallarını MŞ İdarə Heyətinin üzvləri cavablandırıblar.

Əli



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az