"Analar qızlarını zorakılıqdan qorumaq istəyirsə..."-Komitə sədri


"Analar qızlarını zorakılıqdan qorumaq istəyirsə, oğlanlarına düzgün tərbiyə verməlidir"

"Əgər analar qızlarını zorakılıqdan qorumaq istəyirsə, oğlanlarına düzgün tərbiyə verməlidirlər".

"Report" xəbər verir ki, bunu Ailə, Qadın­ və Uşaq Problemləri ­üzrə Dövlət Komitəsin­in sədri Hicran Hüseynova Qadınların V For­umunda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda məişət zorakılığının qarşısının alınması sahəsində böyük işlər görülsə də, bu məsələ hələ dövləti narahat edir: "Bu istiqamətdə işlərin daha da gücləndirilməsi üçün məişət zorakılığı ilə bağlı onlayn məlumat bankı yaradılıb. Məlumat bankı yerlərdə Monitorinq qruplarının işini daha da sürətləndirir, baş vermiş hadisənin operativ olaraq ağır fəsadlar yaratmadan, vaxtında qarşısının alınmasını təmin edir".

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az