Ankarada Prezident Qvardiyasının 39 zabiti saxlanıldı

Ankarada Prezident Qvardiyasının 39 zabiti saxlanıldı
Ankarada Fətullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində Prezident Qvardiyasının Türkiyədə hərbi çevrilişə cəhddə şübhəli bilinən 39 hərbi qulluqçusu saxlanılıb.

Bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat yayıb.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. İndiyədək bununla bağlı 18 044 adam həbs olunub.
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az