Aprel döyüşlərinin qrup komandirindən Ali Baş Komandana MÜRACİƏT...

Aprel döyüşlərinin qrup komandirindən Ali Baş Komandana MÜRACİƏT...
Aprel döyüşlərinin qrup komandiri baş-leytenant Şahgəldiyev Ağasəmi Kərimbala oğlu Moderator.az-a ünvanladığı məktubunda Ali Baş Komandan cənab İlham Əliyevə müraciət edib:
 
Müraciətdə deyilir:
 
Hörmətli Ali Baş Komandan!
 
Yazıb sizə bildirmək istəyirəm ki, mən Şahgəldiyev Ağasəmi Kərimbala oğlu 1990-cı il aprelin 12-də Sumqayıt şəhərində anadan olmuşam. Ailədə iki qardaşıq. Atamı iki yaşım olanda itirmişəm. Bizi anam böyüdüb. Hərbçi olmağa marağım isə uşaqlıqdan var idi. 2007-ci ildə orta məktəbi bitirib Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olundum. 2011-ci ildə məktəbi bitirib bir il də Təlim Tədris Mərkəzində oxudum. 2012-ci ildən leytenant rütbəsi alaraq Gəncə şəhərində yerləşən N saylı hərbi hissəyə göndərildim. Xüsusi Təyinatlı Dəstədə xidmət etmək üçün altı ay kursda oxudum. Elə həmin ildən aprel şəhidimiz kapitan Mühid Orucovun müavini və qrup komandiri olmuşam. 
 
Hörmətli Ali Baş Komandan!
 
Ailə qurduqdan sonra evsiz olduğum üçün 2015-ci ildə Sumqayıt şəhərində ipotekaya iki otaqlı ev aldım. İyirmi beş illik müddətdə mən hər ay 264 manat pul ödəməliyəm. Onda orduda zabit işlədiyimdən əmək haqqım həm kreditimi ödəməyə, həm də ailəmlə normal dolanmağa imkan verirdi. 2016-cı ildə şanlı aprel döyüşlərimiz zamanı düşmənin əks hücumunun qarşısını almaq üçün hücuma keçdik. Talış kəndində əməliyyat aparan qrup komandirlərindən biri də mənəm. Həmin döyüşlər zamanı düşməni ağır itkilərə məruz qoyduq. Talış kəndində düşmənin atdığı mərmi nəticəsində başımdan kontuziya aldım. 
 
Hörmətli Ali Baş Komandan! 
 
Aprel döyüşlərindən sonra başımdan aldığım kontuziyaya görə ordu sıralarından təxris olundum. Göstərdiyim xidmətlərə görə Sizin tərəfinizdən "İgidliyə görə” medalı ilə təltif edildim. Beş yüz manat təqaüd alıram və onun da hər ay 264 manatını kredit verirəm. Yerdə qalan pulla ay ərzində  ailəmi çox çətinliklə dolandırıram. Qarşıda isə 21 il var və mən bu illər ərzində hər ay 264 manat kredit ödəməliyəm. Bunun üçün isə maddi imkanın heç cür imkan vermir. Sizə müraciət etməkdə xahişim odur ki, kreditimin ödənilməsi ilə bağlı mənə mənəvi və maddi yardımınızı əsirgəməyəsiniz. Öncədən sizə özüm və ailəm adından təşəkkürümü bildirirəm.
 
 
 
 
 
Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az