Arvadına zəng edən kişini qanına qəltan etdi - Bakıda

Arvadına zəng edən kişini qanına qəltan etdi - Bakıda

Bakının Binəqədi rayonunda 35 yaşlı kişi bıçaqlanıb.

Miq.az report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Yaşayış massivində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Cumayev Sahib Rafiq oğlu yaşadığı evin yaxınlığında belinin arxa nahiyəsindən iki bıçaq xəsarəti alıb. O, ağır xəsarətlə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Məlumata görə, S.Cumayev səhvən evli qadına zəng vurub. Onun bu zənginə qadının həyat yoldaşı cavab verib. S.Cumayev isə yaşadığı evin ünvanını söyləyib. Qadının həyat yoldaşı tanışları ilə birlikdə onu evdən çölə çağırıb. S.Cumayevin üzünə bir sillə vurulub, qadının əri isə ona bıçaqla xəsarət yetirib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az