Aşıq Əli: “Bıçaqlanan şəxs qohumum deyil”
Qobustan qəsəbəsində keçirilən toyda qətlə yetirilən qəsəbə sakini Fəxri Kərimovun aşıq Əlinin qohumu olmadığı məlum olub.
Miq.az Publika.az-a istinadən xəbər verir ki, aşıq Fəxri Kərimovun onun qohumu deyil, yaxın tanışı olduğunu söyləyib: "Fəxri qohumum deyil, amma mənə qohumdan da yaxın insan olub. Onu qətlə yetirən şəxs də ortaq tanışlarımızdandır. Qəsəbədə bir yerdə böyümüşük”.
Məlumat üçün bildirək ki, Qaradağ rayon Prokurorluğundan verilən məlumata görə, rayonun Qobustan qəsəbəsindəki "Qobustan” şadlıq evində keçirilən mərasimə qonaq kimi dəvət olunmuş 1989-cu il təvəllüdlü Vüsal Ağa oğlu Nemətov aralarında yaranmış şəxsi münaqişə zəminində 1979-cu il təvəllüdlü Fəxri Kamal oğlu Kərimovu bıçaqlayıb. F. Kərimov aldığı xəsarətdən hadisə yerində ölüb. V. Nemətov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.