Avropa Şurası Parlament Assambleyasının(AŞPA) növbəti sessiyası iyunun 22-26-da Strasburqda keçiriləcək. "Report" AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, sessiya çərçivəsində iyunun 7-dəTürkiyədə keçirilən parlament seçkilərindəki müşahidənin nəticələri, Rusiya nümayəndə heyətinin AŞPA-da iştirakı, dəyişən media mühitində media məsuliyyəti və etika məsələləri, həmçinin Ukraynadakı münaqişə nəticəsində itkin düşənlərlə bağlı vəziyyət ətrafında müzakirələr aparılacaq.
İyunun 23-də Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında müzakirələrin aparılması planlaşdırılıb. Mövzu ilə əlaqədar hesabatı AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinski təqdim edəcəklər.
İyunun 22-də sessiya çərçivəsində Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Tsrnadak, iyunun 23-də isə BMT baş katibi Pan Gi Mun və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Federika Moqerininin çıxış edəcəyi gözlənilir.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?