Ağstafada silahlı İNSİDENT: yaralanan var

Ağstafada silahlı İNSİDENT: yaralanan var
Ağstafa rayonunun Dağkəsəmən kəndində silahlı insident törədən şəxs saxlanılıb.

Miq.az report-
a istinadən xəbər verir ki, şəxsi münasibətlər zəminində rayon sakini, 1983-cü il təvəllüdlü Qurbanov Tural İbrahim oğlu rayonun Dağkəsəmən kənd sakini, 1984-cü il təvəllüdlü Niyazov Rauf Fikrət oğluna ov tüfəngi ilə atəş açaraq onu qol və bud nahiyələrindən yaralayıb.

Yaralı yaxınları tərəfindən Qazax rayon Müalicə Diaqnoztika Mərkəzinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirlir.

Hadisəni törədən şəxs isə Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az