ATV prezidentinin qızı “Səs Azərbaycan”da - Fotolar
Azad Azərbaycan Televiziya və Radio Şirkətləri qrupunun prezidenti Vüqar Qaradağlının qızı Gültəkin Qaradağlı "Səs Azərbaycan” mahnı müsabiqəsinə qatılıb.
Vizual.az xəbər verir ki, o, yarışmada fransız mahnısı ifa edib. Amma ifaçı münsiflər heyətindən heç kimin diqqətini çəkməyib və növbəti tura keçə bilməyib.
Qeyd edək ki, Gültəkin Qaradağlı "Youtube" portalında öz ifaları ilə tanınır. Gültəkin Rihannanın Bakı konsertindən öncə səhnədə yarım saatlıq çıxış da edib.
Məlumat üçün bildirək ki, Vüqar Qaradağlı Azərbaycanın tanınmış diktorları olan Aydın və Gültəkin Qaradağlının oğludur. Onun Gültəkin və Aydın adlı iki övladı var./"Qafqazinfo”