“Avropa Parlamentinin bu qətnaməsi Azərbaycana təzyiq mexanizmidir”

“Avropa Parlamentinin bu qətnaməsi Azərbaycana təzyiq mexanizmidir”

Avropa Parlamenti Azərbaycanda insan haqlarının vəziyyətilə bağlı müzakirələrin yekununu müvafiq qətnamənin qəbulu ilə başa çatdırıb. Qətnaməni Avropa Parlamentindəki bütün siyasi partiyalar dəstəkləyib. Qətnamədə jurnalist Xədicə İsmayıl və həbsdə olan digər fəallar, hüquqşünas və hüquq müdafiəçiləri dərhal və heç bir şərtsiz azad etməyə çağırılır.
Avropa Parlamenti eyni zamanda qətnamədə Avropa Ittifaqına üzv dövlətləri Azərbaycandakı parlament seçkisini müşahidə etməməyə çağırıb. Qeyd edilir ki, hazırkı şərtlər altında istənilən müşahidə missiyası mənasızdır.

AvropaParlamentində Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Fuad Muradov məsələyə münasibət bildirib. Qətnamə ilə tanış olduğunu deyən millət vəkili qeyd edib ki, bu, AvropaParlamentinin növbəti qərəzli yanaşmasıdır və quruma adekvat cavab veriləcək.
"Azərbaycanın bugünki inkişafı və regionda nüfuzu təbii ki, bəzi dairələri narahat edir. Eyni zamanda seçkiqabağı mühiti nəzərə alsaq, başa düşürük ki, bu qətnamənin qəbulu müəyyən dairələrin təzyiq mexanizmidir. Bizim bu gün əsas vacib məsələmiz odur ki, ermənilər cəbhə xəttində provakasiya ilə məşğuldur, Azərbaycan təbii ki onlara adekvat cavab verir. Bunun fonunda Avropa dairələrində belə qətnamə qəbul edilməsi təsadüf sayıla bilməz”.
Qətnamənin 21-ci maddəsində isə Avropa Birliyi ölkələrini Azərbaycanda keçiriləcək parlament seçkilərinə nümayəndə gpöndərməkdən imtina etməyə çağırıb.

Modern.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az