Axşam.az-ın məlumatına görə, müğənni “Onlar” verilişinə açıqlamasında “mənəm-mənəm” deyən müğənniləri qınayıb:
“Sənətə gələndə qarşına məqsəd qoymalısan ki, mən vaxt gələcək birinci olacam. Burada sənətdən söhbət gedir. Efirdə böyük-böyük danışıb, özünü gülünc yerinə qoyma. Baxırsan, yaşı azdır, çıxıb yekə-yekə danışır. Ağzından bir kəlmə çıxaranda çox şeyi fikirləşməlisən. Birinciliyə potensialı olmayan “xoruz” kimi səs çıxaranda gülməlidir. Amma özünə inamlı şəkildə “Mən qarşıma düşən çətinliklərin öhdəsindən gələcəm. Bu sənətdə birinci olacam” demək daha gözəldir. Mən də sənətə gələndə qarşıma məqsədlər qoydum. Bilmirdim ki, vaxt gələcək xalq artisti adını alacam. Amma əmin idim ki, sənət üçün hər şey edəcəm, yeri gəlsə, ölümə də gedəcəm. Getdim də... Bilirdim ki, estradada məndən olmayacaq”.
A.Kazımova yeni mövsümdən bütün verilişləri izlədiyini də deyib:
“Baxıram ki, görüm kim nə yenilik etdi, nələr oldu. Amma yerli ifaçıları dinləmirəm. Mənim bunu deməyə haqqım çatır. Özümü qoruyuram. İstəmirəm, lazım olmayan boğazlar qulağıma dəysin, keyfiyyəti aşağı olan bir şeyə baxım. Mən sənətimi bu qədər dəyərləndirirəm. Bəlkə kimsə bu sözümə görə məni qınayacaq. Amma bu, faktdır”.
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
“Azərbaycan və Türkiyəni açıq qarşıdurmaya çəkmək istəyirlər” – Sabiq nazirdən sensasion
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO