"Aygün kimdir ki, biz onu məhkəməyə verək?!"-Hafiz Hacıyev

"Aygün Kazımovanı məhkəməyə verməyə nə ehtiyac var? Aygün kimdir ki, biz onu məhkəməyə verək?"

Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Milli.Az-a açıqlamasında xalq artisti Aygün Kazımovanın onun barəsində səsləndirdiyi fikirlərə görə məhkəməyə müraciət edib-etməyəcəyi ilə bağlı suala cavab verərkən deyib.

H.Hacıyev artıq bu barədə danışmaq istəmədiyini deyib: "O barədə mənə sual verməyin. O deyib, mən də sözümü demişəm. Bu barədə söhbətə artıq ehtiyac yoxdur".

Qeyd edək ki, xalq artisti Aygün Kazımova onun barəsində söylədiyi fikirlərə cavab olaraq Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin ünvanına təhqiramiz ifadələr işlədib: "Hafiz Hacıyev, sənin arvadının yatdığı kişi ilə müqayisədə mən əsl kişi ilə yatıram. Hafiz Hacıyevə kişi lazımdır? O yaxşı bilir, əsl kişilər harada olurlar".

Xalq artistinin siyasətçiyə belə cavab verməsinə səbəb isə H.Hacıyevin A.Kazımovanın ünvanına səsləndirdiyi bu xoşagəlməz fikirlər olub: "Aygünü kim "saxlayır", kim arxasında durursa, jurnalistlər onu axtarıb tapmalı və ona deməlidirlər ki, Aygünün ipini yığsın. Üzr istəyirəm, o, kimlə yatırsa, onu axtarıb tapın. Deyin ki, sevgilini ayağına bağla. Aygünün adını çəkməyə dəyməz, onun adını çəkəndə utanıram".

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az