Azərbaycan kişilərini ələ salan Naz milyonçunun lüks yaxtasında - FOTO
Cütlük Bodrum turuna çıxıb
Türkiyədəki evlilik verilişi ilə məşhurlaşan qalmaqallı azərbaycanlı iştirakçı Naz yenidən gündəmə gəlib. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bu dəfə bir uşaq anası qadın ölkənin ən varlı adamlarının birinin yaxtasında görüntülənib.
Məlumata görə, Zuhal Topalın evlilik verilişinin "ulduzu", verilişdəki kişilərin əksəriyyəti ilə görüşdüyü iddia edilən Nazın istirahət etdiyi yaxta Əli Ağaoğluna məxsus olub.
Bayram günlərində istirahət zamanı yıxılaraq iki qabırğasını qıran Ağaoğlu müalicədən sonra Bodruma qayıdıb. İş adamı sevgilisi Duygu Su Gülpınarla helikopterlə gəldiyi limandan "Aga6" adlı lüks yaxtası ilə ayrılıb.
Ötən gün isə Ağaoğlunun qardaşı Hüseyn qardaşına məxsus "Aga3" gəmi ilə Bodrum turuna çıxıb. Onu müşayiət edən isə Naz olub.
Miq.Az