Tatarıstanın paytaxtı Kazanda Türk Dünyası Jurnalistləri Şurasının 2-ci toplantısı başlayıb.
Vətəninfo.az "Report"a istinadla xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov toplantıya qatılıb.
Tədbirdə "Anadolu" Agentliyi, TRT Avaz, TATMEDİA, Azərbaycan Mətbuat Şurası, Makedoniyada çıxan "Yeni Balkan" qəzeti, İngiltərədə fəaliyyət göstərən Avropa Media Qrupu, Türk Dünyası Gənc Əlaqələndiricilər Birliyinə "Türk Dünyası mətbuat mükafatı" təqdim edilib.
İki gün sürəcək toplantıda "Tatarıstanın Türk Dünyasında geopolitik yeri", "Türk Dünyasında əlaqələrin inkişafı", "Türk Dünyası qəzetçilərinin seminarı" adı altında üç plenar iclas keçiriləcək.
Toplantıda dünyada söz və ifadə azadlıqlarının vəziyyəti ilə bağlı hesabatlar açıqlanıb. Türk Dünyasının ortaq problemlərinə münasibətdə KİV-in səfərbəredici missiyasına nəzər salınıb.
Konfrans çərçivəsində Tatarıstan Respublikasının rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri ilə görüşlər də keçiriləcək.
Yığıncağın sonunda Türk Dünyası jurnalistlərinin Kazan qətnaməsi qəbul ediləcək.
Qeyd edək ki, Türk Dünyası Jurnalistləri Şurasının ilk toplantısı ötən il Türkiyənin Əskişəhər şəhərində keçirilib.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?