Azərbaycan Ordusunda “Açıq qapı günü” keçirilib : "AND içirik" + FOTOLAR
Noyabrın 9-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı günü”, eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi təşkil olunub.
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün təşkil olunmuş "Açıq qapı günü”ndə ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər."Açıq qapı günü” çərçivəsində komandanlıqla valideynlərin görüşlərində hərbi qulluqçuların xidməti ilə bağlı onları maraqlandıran məsələlər müzakirə edilib və sualları cavablandırılıb.
Bayram günü münasibətilə şəxsi heyət üçün mədəni-kütləvi tədbirlər keçirilib.
Miq.Az Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində keçirilən "Açıq qapı günü” tədbirindən fotoları sizə təqdim edir: