Azərbaycan ordusunun "ŞÜBHƏLİ ZABİTİ"-Ali Baş Komandana müraciət
Bləsuvar rayonunda yaşayan, ehtiyatda olan zabit, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tibb xidməti mayoru Abasov Əmir Sahib oğlu tərəfindən Miq.Az-a daxil olmuş şıkayət ərizəsini oxuculara təqdim edirik:
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
CƏNAB İLHAM ƏLİYEVƏ
SÜRƏTİ :
AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ VİTSE-PREZİDENTİ
HÖRMƏTLİ MEHRİBAN ƏLİYEVAYA
AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRİ
RAMİL USUBOVA
Dövlət Miqrasiyya Xidmətinə
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisinə
Bləsuvar rayonunda yaşayan, ehtiyatda olan zabit, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tibb xidməti mayoru Abasov Əmir Sahib oğlu tərəfindən
Şikayət ərizəsi
Hörmətli Prezident, cənab Ali Baş Komandan!
Bildirmək istəyirəm ki, 20 ildən çox Azərbaycan Respublikası Silahlı Qüvvələrdə xidmət etmişəm, ömrüm boyu heç bir xarici dövlətdə olmamışam, yaşamamışam, xidmətimin çox bir hissəsi düşmənlə təmas olan ərazilərdə keçirmişəm. 2016-cı il dekabr ayında yaş həddinə görə ehtiyata buraxılmışam və Biləsuvar rayon Baş Pasport, Qeydiyyat şöbəsinin rəisinə iki aydır ki, şəxsiyyət vəsiqəsi ilə təmin olunmağım barədə müraciət etsəm də, müsbət cavab ala bilməmişəm. Belə ki, əvvəl Bakı şəhərinə baş pasport və miqrasiya idarəsindən arayış almağı tələb etdilər, gedib alıb gətirdim, sonra Lənkəran şəhərinə regional miqrasiya idarəsindən arayış almağı tələb etdilər. Ordan isə mənə bildirdilər ki, sənə sənət versək, sən ümumiyyətlə şəxsiyyət vəsiqəsi ilə təmin edilə bilməyəcəksən. Bu nə Azərbaycan Respublikası zabitinə qarşı olan biabırçılıqdır?
10.02.2016-cı ildə bu barədə bir çox orqanlara şikayət etdikdən sonra məni çağırıb, bir neçə sənət siyahısı verdilər. Mən isə bütün sənətləri toplayıb gətirib verdim, buna baxmayaraq yenidən mənim sənətlərimi Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikası vətəndaşı olub olmamağımı araşdırmaq üçün göndərdilər.
Qeyd etmək istəyirəm ki, mən ömür boyu heç bir xarici dövlətdə olmamışam, vətənim Azərbaycan Respublikasına tibb xidməti zabiti kimi xidmət etmişəm. Mayor rütbəsində, hərbi hissənin tibb xidməti rəisi vəzifəsində olmuşam, daima düşmənlə təmas olan ərazilərdə xidmət etmişəm. Hal-hazırda Daxili İşlər Nazirliyinin müvafiq idarə və təşkilatları mənim Azərbaycan Respublikası vətəndaşlığıma şübhə ilə yanaşırlar. Əgər mən Azərbaycan Respublikası vətəndaşı deyiləmsə, necə ola bilər, daima mühüm əhəmiyyətli düşmənlə təmas şəraitində olan hərbi hissələrdə xidmət etmişəm, bir çox məxvi və qeyri -məxvi sənətlərlə işləmişəm? Hesab edirəm ki, üzləşdiyim bu süni əngəllər Azərbaycan Respublikasının ehtiyatda olan bir zabiti üçün süründürməçilikdir, ədalətsizlikdir, biabırçılıqdır, buna son qoymaq lazımdır.
Hörmətli Prezident, cənab Ali Baş Komandan!
Sizdən xahiş edirəm ki, mənin tez bir zamanda Biləsuvar rayon Baş Pasport, Qeydiyyat şöbəsi tərəfindən şəxsiyyət vəsiqəsi ilə təmin olunmağım barədə müvafiq göstəriş verəsiniz.
Miq.Az