Azərbaycan Pakistanla enerji sahəsində əməkdaşlığın inkişafına dəstək verməyə hazırdır

Azərbaycan Pakistanla enerji sahəsində əməkdaşlığın inkişafına dəstək verməyə hazırdır

Azərbaycanın Energetika Nazirliyində Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Xalid Usman Qayserinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Görüşdə iki ölkə arasında bütün sahələrdə qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərin formalaşdığını deyən energetika nazirinin müavini Natiq Abbasov iqtisadi əlaqələrin inkişafına təkan verəcək enerji əməkdaşlığı üçün geniş imkanların olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan dost və müttəfiq ölkə kimi Pakistanla enerji sahəsində əməkdaşlığın inkişafına dəstək verməyə hazırdır.

Bu ilin martında Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana səfərinin əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfəni xatırladan səfir Xalid Usman Qayser deyib ki, iqtisadi əməkdaşlığın miqyası hazırda ikitərəfli əlaqələrin səviyyəsini ölçmək üçün əsas göstərici hesab olunur. Bu səbəbdən də Azərbaycanla Pakistan arasında "Enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanmasının və Energetika Nazirliyi ilə Pakistan Su və Elektrik Enerjisi Nazirliyi və Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında əlaqələrin qurulmasının vacibliyi qeyd edilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

AZƏRTAC



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az