Azərbaycan sərhədi 200 metr geriyə çəkilib? – RƏSMİ AÇIQLAMA

Azərbaycan sərhədi 200 metr geriyə çəkilib? – RƏSMİ AÇIQLAMA
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) Gürcüstan sərhədçilərinin sərhəd xəttini 200 metr Azərbaycan ərazisinə doğru irəli çəkmələri barədə yayılan məlumatlara münasibət bildirib.

DSX-nın Mətbuat Mərkəzindən Miq.az-a bildirilib ki, bu məlumatlar həqiqətə uyğun deyil və internet resurslarında bu kimi yoxlanılmamış məlumatların yayılması yanlış fikirlərin formalaşması, həmçinin əsassız müzakirələrə şərait yaradır.

Qeyd edək ki, son günlər bəzi informasiya resurslarında guya Gürcüstan sərhədçilərinin Samux rayonunun Burunqovaq kəndi istiqamətində sərhəd xəttini təxminən 200 metr Azərbaycan ərazisinə doğru irəli çəkmələri barədə məlumat yayılıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az