Azərbaycan səsverməyə qatılmadı, Ermənistan isə...

Azərbaycan səsverməyə qatılmadı, Ermənistan isə...

Krımla bağlı ən güclü qətnamə

BMT Baş Assambleyasının sessiyasında Kırmda insan haqları sahəsində vəziyyət haqqında qətnamə ilə bağlı səsvermə keçirilib. Sənədin müəllifi Ukrayna və daha 30 dövlətdir.

Sənəddə Rusiyanın Krımı işğaıl etdiyi qeyd edilib. Rusiyadan Krım sakinlərinin  insan haqları pozulmalarına son qoymaqla bağlı 12 tövsiyyəyə əməl etmək tələb edilir. 

Qətnamənin leyhinə 70 dövlət səs verib. Onların arasında ABş və gürcüstan da var. Rusiyaya dəstək olanların sayı isə 26 olub. Rusiya, Çin, Hindistan, Serbiya, Belarus, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və başqaları. İşğala dəstək verənlər arasında özü də işğalçı olan, Azərbayacan torpaqlarını zəbt edən Ermənistan da var.

Yaxın Şərq, Afrikadan olan dövlətlərin çoxu isə bitərəf qalmağa üstünlük verib. Azərbaycan və Türkmənistan səs vermədə iştirak etməyib. 

Ukrayna xarici işlər naziri Pavel Klimkinin sözlərinə görə, Krımla bağğlı qətnamə Moskvaya təzyiqi daha artırmalıdır. "Bu Krımla bağlı ən güclü qətnamədir. Krım məsələsində Rusiyaya təzyiq artır. Dəstək verən hər kəsə təşəkkür edirik", deyə o "Twitter" səhifəsində yazıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az