Azərbaycan və Ermənistan sərhədində monitorinq keçiriləcək

Azərbaycan və Ermənistan sərhədində monitorinq keçiriləcək
Müşahidələri ATƏT-in səlahiyyətli şəxsləri aparacaq

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 27-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu ərazisində, qoşunların qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Miq.az-ın  Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Mixail Olaru, Ermənistan tərəfindən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirəcəklər.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az