Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü təşkil ediləcək

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü təşkil ediləcək
"ATƏT-in Minsk qrupunun həmsədrləri bu ilin sonuna kimi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlaşdırırlar”.

Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı oktyabrın 16-da Cenevrədə keçirilən sammitin yekunlarını nəzərə alaraq, həmsədrlər bu ilin sonuna kimi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlaşdırırlar. Bu görüşədək isə həmsədrlər Azərbaycan və Ermənistan XİN başçıları ilə ayrılıqda məsləhətləşmələr keçirəcəklər. Hazırda rusiyalı həmsədr amerikalı və fransalı həmkarları ilə birlikdə bu məsləhətləşmələrin yeri və tarixi məsələsi üzərində işləyir”.
Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 16-da Moskvada həmsədrlərlə görüşəcəyini bildirib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az