Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüş yeri açıqlandı

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüş yeri açıqlandı
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda görüşünü hazırlayırlar.

Miq.az-ın APA-ya istinadən məlumata görə, bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün Moskva-Vyana videokörpüsündə bildirib. 

"Həmsədrlər bundan sonra da öz səylərini intensivləşdirəcəklər, iki ölkənin xarici işlər nazirlərinin Nyu-Yorkda görüşünə hazırlaşırlar. Yüksək səviyyədə yeni görüşün hazırlığı baxımından tərəflərlə işin səviyyəsinin artırılması üçün addımlar atılacaq”, - deyə o qeyd edib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az