Azərbaycanda 55 min dollara stadion satılır – “Nazirlik icazə verir”

Azərbaycanda 55 min dollara stadion satılır – “Nazirlik icazə verir”
Azərbaycanda stadion satışa çıxarılıb. Binə qəsəbəsi Savxoz yaşayış məntəqəsində yerləşən stadion haqda alış-veriş saytlarının birində elan yerləşdirilib.

Unikal.org əməkdaşı sözügedən elanı yerləşdirən Elxan adlı şəxslə əlaqə saxlayıb.
O, bildirib ki, stadionun istifadəsi üçün Gənclər və İdman Nazirliyindən icazə kağızı var.
"Stadion şəxsidir. AFFA-ya heç bir əlaqəsi yoxdur. Şəxsi olaraq işlədiblər. "Kupça”sı, Gənclər və İdman Nazirliyindən icazə kağızı var. Ərazisi 11 hektardan çoxdur. Qiyməti isə 55 min dollardır”.
Maraqlıdır ki, AFFA bir neçə il öncə stadionların tikilməsi üçün vəsait ayırmışdı. Amma bu stadiona icazəni nazirlik verib.
Aldığımız məlumata görə, sözügedən stadionun yerləşdiyi ərazi GİN-nin balansındadır, bu səbəbdən də meydançanın istifadəsi və satışı nazirliyin icazəsi ilə mümkündür.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az