Bakı-Qazax dəmiryolu xəttinin Goranboy rayonunda yerləşən Kürəkçay stansiyasının ərazisində güclü partlayış baş verib, ağır xəsarət alanlar var.
"Vətəninfo.az" xəbər verir ki, hadisə bu gün səhər saat 11:00 radələrində stansiyanın ərazisində dəmiryolu təmiri ilə məşğul olan işçilərin yaşadığı vaqonda qeydə alınıb.
Vaqonun mətbəxində propan qazı ilə dolu olan balon işçilərin ehtiyatsızlığı səbəbindən partlayıb. Güclü partlayış yanğınla müşayiət olunub. Hadisə yerinə Goranboy rayon Dövlət yanğından mühafizə hissəsinin iki maşını və canlı qüvvəsi cəlb edilib. Hadisə zamanı vaqon içindəki əşyalarla birgə yanıb.
Həmin vaxt vaqonda olan iki fəhlə - Cəlilabad rayon sakinləri - 1989-cu il təvəllüdlü Babaşov Emil İbrahim oğlu və 1972-ci il təvəllüdlü Sadıqov Eldar Behbud oğlu müxtəlif yanıq xəsarətləri ilə Goranboy Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Emil Babayevin vəziyyəti daha ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı araşdırma aparılır
APA
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?