Azərbaycanda dövlət hesabına hüquqi yardım BAHALAŞDI

Azərbaycanda dövlət hesabına hüquqi yardım BAHALAŞDI
"Azərbaycanda dövlət hesabına hüquqi yardımın məbləği 3 dəfə artırılıb".

Miq.az  Trend-ə istinadən xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Onun sözlərinə görə, əvvəllər bu məsələ vəkilləri narahat edib: "Dövlət hesabına hüquqi yardımın məbləği az idi. Nazirlər Kabinetinin qərarı ilə həmin məbləğ 3 dəfə artırılıb. Bu da vəkillər tərəfindən alqışlanıb. Bu, çox vacib idi".

A.Bağırov qeyd edib ki, Kollegiyanın məqsədi vəkillik institutunun inkişafıdır: "Çalışırıq ki, vəkillik institutunun inkişafına mane olan problemlər aradan qaldırılsın. Bununla bağlı lazımi müzakirələri davam etdiririk".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az