Azərbaycanda GÜCLÜ ZƏLZƏLƏ oldu-SON DƏQİQƏ
Bərdədə 5 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar Mingəçevir, Gəncə, Yevlax, Bərdə, Şəki, Qax, Zaqatala, Balakən və Lənkəran rayonları da daxil olmaqla respublikanın Qərb, Şimal-qərb və Cənub zonalarında hiss olunub.
İlkin ehtimala görə, zəlzələnin gücü 4-5 bal olub və təxminən 35-40 saniyə davam edib.
Bərdədən Miq.Az-a daxil olan məlumata görə dağıntı və insan tələfatı yoxdu.
*****
Bərdədə 5 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətindən məlumat verilib.
Zəlzələ ocağı 60 km dərinlikdə yerləşib.
Sosial şəbəkə istifadəçilərinin yazdığına görə, yeraltı təkan Bərdə ilə yanaşı Gəncə, Şəmkir, Mingəçevir və Şamaxıda da hiss edilib.
Miq.Az-a daxil olan məlumata görə Tərtər və Goranboyda da zəlzələ hiss olunub.
Bir azdan geniş məlumat veriləcək.
Miq.az