Azərbaycanda həbs olunan erməni kəşfiyyatçıdan xəbər var

Azərbaycanda həbs olunan erməni kəşfiyyatçıdan xəbər var

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndələri sentyabrın 7-də erməni hərbçiyə Arsen Baqdasaryana baş çəkib.

Bu barədə Femida.az -a BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
O bildirib ki, görüş standart prosedurlar çərçivəsində həyata keçirilib. Yəni ondan ailəsinə, ailəsindən də ona məlumat verilib.

Xatırladaq ki, erməni diversant Arsen Baqdasaryan ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə erməni diversant cəzasını xüsusi rejimli həbsxanada çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12 maddəsinə əsasən irəli sürülən ittihamlardan 5-i milli təhlükəsizilik zəminində, 7-si isə cinayət törətməyə cəhdə görədir. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az