Azərbaycanda satılan bu dondurmaları yemək olmaz SİYAHI
Dondurmalarda mikroorqanizmlər normadan artıqdır
Azərbayacanda satılan bəzi dondurmalar keyfiyyətsiz çıxıb. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tərəfindən istehlak bazarının qorunması məqsədilə aparılan tədbirlər çərçivəsində müxtəlif ticarət obyektlərində satışda olan ərzaq məhsullarının ilkin laborator müayinəsi zamanı bir sıra dondurmaların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib.
Götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində:
-"AER Company Qrup" MMC-nin istehsal etdiyi"Çudo" şokoladlı, "AER" plombir şokoladlı, "AER" plombir vanilli, "Yasif" plombir və "Melisa";
-"Band Milk" MMC-nin istehsal etdiyi "Nostalji" plombir, "Briket-krem brule" və vafli stəkanda olan qaymaqlı-şokoladlı;
-fiziki şəxs Sərngül Yusubovanın istehsal etdiyi "Bakinskiy privet" plombir, "Meqapolis" şokoladlı plombir, "Cappuçino" qəhvəyi, "Matryoşka" plombir, "Selena" şokoladlı plombir, "Panda" südlü, "Meçta" şokoladlı plombir, "Arktika" şokoladlı plombir, "Tanqo" şokoladlı və "Tanqo" cemli;
-fiziki şəxs Müzəffər Poladovun istehsal etdiyi "Mono Quality" badamlı, "Bakı gecələri" plombir, "Armada", "Eskimo Yoloçka", "Yeni şəhər" plombir;
-"S.A.B.A. Şirkəti" MMC-nin istehsal etdiyi "İçəri şəhər" qəhvəyi, "İçəri şəhər" qəhvəli, "Pristij" çiyələkli, "Pristij" qozlu, "Əsl" plombir;
-"A.Y.S-60" MMC-nin istehsal etdiyi "Südlü" klassik və "A-klass" dondurmalarında bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) miqdarının normativ sənədlərdə nəzərdə tutulmuş miqdardan artıq olduğu müəyyən edilib.
Eyni zamanda götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində "AER Company Qrup" MMC-yə məxsus "Çudo" şokoladlı, "AER" plombir şokoladlı və "AER" plombir vanilli, habelə fiziki şəxs Sərngül Yusubovaya məxsus "Bakinskiy privet" plombir, "Meqapolis" şokoladlı plombir, "Cappuçino" qəhvəyi, "Matryoşka" plombir, "Selena" şokoladlı plombir və "Panda" südlü dondurmalarında mezofil-aerob ve fakultativ-anaerob mikroorqanizmlərin də miqdarının normativ sənədlərlə müəyyən olunmuş normativdən artıq olduğu aşkar edilib.
Aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar "AER Company Qrup" MMC,"Band Milk" MMC, "S.A.B.A. Şirkəti" MMC, "A.Y.S-60" MMC, habelə fərdi sahibkarlar Müzəffər Poladov və Sərngül Yusubova barədə qeyd olunan dondurmaların istehsalının dayandırılması, bu məhsulların ticarət şəbəkəsindən geri çağırılması kimi məhdudlaşdırıcı tədbirlər tətbiq edilmiş və istehsalat sahəsində müvafiq sanitariya-gigiyenik və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi barədə göstəriş verilmişdir.
İstehlak bazarında birgə nəzarət tədbirləri davam etdirilir.
Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkarlıq subyektləri barəsində ciddi məsuliyyət tədbirləri görüləcək.
Miq.az