Azərbaycanda seçicilərin dəqiq sayı məlum oldu

Azərbaycanda seçicilərin dəqiq sayı məlum oldu
Azərbaycanda vahid seçici siyahısı dəqiqləşdirilərək yenidən tərtib edilib.

Miq.az Trend-ə istinadən bildirir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov bildirib ki, Azərbaycanda səsvermə hüququ olan 5 milyon 192 min 42 şəxs var.
Onun sözlərinə görə, MSK 2018-ci il üzrə daimi seçici siyahılarının dəqiqləşdirilməsi, tərtib edilməsi, təsdiq edilməsi və ictimailəşdirilməsi cari il martın 3-nə qədər başa çatdırılması qərara alınıb.
Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az