Bu gün tanınmış jurnalist Təhminə Tağızadə Gəncə Şəhər Polis İdarəsinə çağırılıb.
Bu barədə “Veteninfo.az”a jurnalist özü bildirib. Onun sözlərinə görə, polisə çağrılmağının dəqiq səbəbini bilmir:
“Düzü mənə səbəb aydin deyil. Mənə çatan məlumata görə saxlanmama bir bəhanə tapmaq üçün bələdiyyənin məndən şikayətini əsas gətirirlər. Amma aydın deyil nə şikayətdir. Çox güman ki, şikayət yenə mənim guya özümü ANS müxbiri kimi təqdim etməm barədə uydurma olacaq”. – deyə qeyd edən T.Tağızadə əlavə edib ki, rəsmi çağırış göndərilmədiyi üçün polis idarəsinə getməyəcək:
“Mənim hüquqlarımın müdafiəsi ilə məşğul olan şəxslərlə məsləhətləşib belə qərara gəldik ki, rəsmi çağırış olunmadan getməyim. Hazırda bu sənədi gözləyirəm”.
Qeyd edək ki, tanınmış jurnalist mayın 12-də evləri sökülən vətəndaşlarla jurnalist söhbət edərkən polis tərəfindən saxlanılmışdı.
Mirvari Nəcəf
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?