Azərbaycanda təhsil alan saxta həkim Türkiyə həbsxanasından qaçıb

Azərbaycanda təhsil alan saxta həkim Türkiyə həbsxanasından qaçıb
Adanada 4 nəfərin dodağını eybəcər hala salan saxta həkim həbsxanadan qaçıb.

Miq.az Ölkə.Az-a istinadən xəbər verir ki, Azərbaycanda təhsil aldığını deyən saç ustası məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmişdi.
Adana məhkəməsində qeyri-peşəkarlıq, saxtakarlıq və yaralama cinayətlərindən mühakimə edilən saç ustası Soner haqqında hökm verilib. Məhkəmənin hökmü ilə sərbəst buraxılması barədə qərar qəbul edilən müttəhim başqa bir cinayətdən haqqında hökm çıxarıldığı üçün azadlığa çıxa bilməyib.
Oğurluq cinayətinə görə 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilən Soner cəzasını çəkmək üçün həbsxanaya göndərilib.
Həbsxanada axşam yoxlanışında müttəhimin qaçdığı üzə çıxıb və həbsi üçün qərar çıxarılıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az