Azərbaycanda yüksəkvəzifəli şəxs həbs olundu - Bu dəfə “Dayı”...

Azərbaycanda yüksəkvəzifəli şəxs həbs olundu - Bu dəfə “Dayı”...
Müdafiə Nazirliyinin daha bir yüksəkvəzifəli şəxsi həbs olunub. 
 
Miq.az qafqazinfo-ya istinadən xəbər verir ki,  söhbət Quru Qoşunların mühasibi Əliyev Alı İsrayıl oğlundan gedir.
 
Belə ki, o, qulluqda olarkən digər vəzifəli şəxslərlə əlbir olaraq pul müqabilində hərbi qulluqçuların xidməti yerlərinin dəyişdirilməsini təşkil etməkdə və başqa cinayət əməllərini törətməkdə ittiham olunur.
 
Buna görə də Cinayət Məcəlləsinin 311-ci maddəsinin müxtəlif bəndləri ilə Hərbi Prokurorluğun İstintaq İdarəsi tərəfindən  ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
 
Məlumat Hərbi Prokurorluqdan saytımıza təsdiq edilib.
 
Qeyd edək ki, Alı Əliyev nazirlikdə "Dayı" ləqəbi ilə tanınırdı.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az