ARDNŞ təbii fəlakət baş vermiş Tiflis üçün yardım verib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanın paytaxtı Tiflisdə təbii fəlakət nəticəsində zərər çəkənlərə yardım edib.
Vətəninfo.az-ın məlumatına görə, ANS PRESS Gruziya Online agentliyinə istinadən verdiyi məlumata görə, yardım məqsədilə Tiflis şəhər meriyasına 10 min litr benzin verilib. Bundan başqa ARDNŞ təbii fəlakətdən zərər çəkənlər üçün 50 min lari (25 min manat) verilib. ARDNŞ zərər çəkənlərə digər yardımları da nəzərdən keçirir.
Qeyd edək ki, Gürcüstanın paytaxtı Tiflisdə müşahidə edilən leysan yağışları güclü daşqına səbəb olub. Selin şəhərə vurduğu zərər 18 milyon dollara bərabərdir. Bundan başqa təbii fəlakət nəticəsində 70-dən çox adam xəsarət alıb. Onlardan 12-si ölüb. Ölkədə bu gün matəm günü elan edilib.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?