Azərbaycanı İsraidə təbliğ edən müğənni

Azərbaycanı İsraidə təbliğ edən müğənni

Həva Dolev

Məşhur İsrail estrada müğənnisi Həva Dolev 2 fevral 1980-cı il tarixdə qədim Dərbənd şəhərində musiqiçi ailəsində anadan olmuşdur. Həvanın babası AbramAvdalimov Dağıstanın xalq artisti idi. Atası Şamay, əmisi Beyamin Avdalimovlar isə  tanınmış qarmon ifaçıları olmuşdular. Göründüyü kimi balaca Həva müsiqiçilərin əhatəsində böyüyürdü. Həva ələ uşaq olarkən valideynləri onun istedadlı qız olduğunu anlayır və onu musiqi məktəbinə qoyurlar. 15 yaşında olarkən Həva Moskva şəhərində keçirilən məşhur "Хрустальный Башмачок" müsabiqəsində qalib gəlir və ona imtahansız olaraq təhsilini Qnesen musiqi məktəbində davam etdirmək təklif olunur. Amma Həvanın yəhudi ailəsi İsrailə köçməyi qərara aldığından bu təklif cavabsız qalır.


1997-ci ildən ailəsi birlikdə İsraildə yaşayan Həva bu gün geniş səs diapozonuna və məlahətli səsə malik olan bir müğənnidir. O, İsrailin qızıl səsi sayılır. Həvanın repertuarı olduqca geniş və rəngarəngdir. O, ivrit, rus, azərbaycan, türk, ingilis, fransız, italyan və ərəb dillərində mahnılar ifa edir. Oxuduğu bəzi mahnıların sözləri və musiqisi müğənninin özü tərəfindən yazılmışdır.


Həva hələ uşaq olarkən onların evində azərbaycan müsiqisinin çox sevildiyinin və dinlənildiyinin şahidi olmuşdur. Hər səhər Rəşid Behbudovun, Şovkət Ələkbərovanın ifa etdiyi mahnıların sədaları altında oyanan Həvada hələ uşaqlıqdan azərbaycan musiqisinə, mədəniyyətinə xüsusi maraq və rəğbət oyatmışdı. O, bəlkə də İsraildə yeganə müğənnidir ki, yorulmadan və boyük həvəslə azərbaycan musiqisini öz ölkəsində təbliğ edir. Həvanın repertuarına “Dərdimdən öləcəksən”, “Girdim yarın bağçasına”, “Payız gəldi”, “Bakili qız” kimi azərbaycan mahnıları daxıldir. Müğənni azərbaycan bəstəkarı Tofiq Quliyevin “Onu bağışlamaq olarmı?” filmi üçün bəstələdiyi mahnının ifasını Azərbaycanın xalq artisti Şövkət Ələkbərovanın xatirəsinə ithaf etmişdir. Onun azərbaycanlı müğənni Ayaz Qasımovla duet oxuduğu “Sevəcəksən gizlicə” mahnısı həm Azərbaycanda, həm də İsraildə böyük maraqla qarşılanmışdır.


Həva hesab edir ki, Azərbaycanda çoxlu istedadlı bəstəkarlar, müğənni və artistlər var. Müğənni artıq neçə illərdir ki, əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Aygün Səmədzadənin yaradıcılığının vurğunu olduğunu, onun dəsti-xəttini miliyon mahnının içində asanlıqla tanıdığını bildirir. Həva həmişə Aygün əməkdaşlıq etmək arzusunda olduğunu və bu arzusunu baş tutduğu üçün özünü xoşbəxt saydığını qeyd edir. Yeri gəlmişkən, onun müğənni Ayaz Qasımovla duet məhz Aygün xanımın təşəbbüsü ilə baş tutmuşdur. Həva yaxın gələcəkdə öz ifasında Aygün Səmədzadənin mahnılarından ibarət albom buraxdırmağı planlaşdırır.


Bakı həvanın ən çox sevdiyi şəhərlərdən biridir.  Müğənni deyir ki, Bakı ilk andan öz gözəlliyi, füsnkarlığı, qonaqpərvərliyi ilə məni özünə məftun edib. Bakı dünyanın heç bir şəhərinə bənzəmir, o təkrarsızdır. Buranın insanları da qeyri-adidir; qonaqpərvər, musiqini duyan, sənətə, istedada qiymət verən...


Həvanın Bakı ilə bağlayan amillərdən biri onun həyat yoldaşıdır. Belə ki, müğənninin həyat yoldaşı Murad Muxtarov da əslən bakılidır. Murad həm də müğənninin prodüsseridir. Onların ailəsində iki oğlan uşağı böyüyür.


Günel

Vətəninfo.az    



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az