“Azərbaycanın gündəliyində KTMT-yə qoşulmaq məsələsi yoxdur” – Hikmət Hacıyev

“Azərbaycanın gündəliyində KTMT-yə qoşulmaq məsələsi yoxdur” – Hikmət Hacıyev
Azərbaycanın gündəliyində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulmaqla bağlı məsələ yoxdur.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
"Hal-hazırda belə bir məsələ yoxdur. Azərbaycan hər hansı status üçün müraciət etməyib. Yəni, bizdə bu əsnada hər hansı müzakirə aparılmır”, – deyə Hikmət Hacıyev qeyd edib.
Ermənistan tərəfinin bunun əleyhinə olması ilə bağlı İrəvanın bəyanatlarına münasibət bildirən şöbə müdiri vurğulayıb ki, görünür, Ermənistan tərəfinin müxtəlif səviyyələrdə fobiyası var: "Azərbaycan müraciət etmədiyi halda belə, o fobiya və koplekslərdən irəli gələrək, Ermənistan hər bir məsələni diplomatik çərçivədən kənar şəkildə müzakirə etməyə cəhd göstərir”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az