Azərbaycanın tanınmış və qocaman jurnalisti vəfat etdi
Mərhum bu gün yaşadığı Lənkəran şəhərində vəfat edib
Lənkəranda qocaman jurnalist Səlim Ağayev dünyasını dəyişib. Miq.Az xəbər verir ki, mərhum bu gün yaşadığı Lənkəran şəhərində 81 yaşında vəfat edib. S.Ağayev uzun müddət Azərbaycan Dövlət Televiziyasının bölgə müxbiri, "Leninçi" (indiki "Lənkəran") rayon qəzetinin əməkdaşı, Lənkəran radio verilişləri redaksiyasının məsul redaktoru vəzifələrində çalışıb.
ZƏRURİ XATIRLATMA:
AĞAYEV SƏLİM PİŞAN OĞLU 1936-ci il mart ayının 10-da uzunömürlülər diyarı kimi dünyada şohrət qazanan Lerik rayonunun Züvüç kəndində dövrünün məşhur ağsaqqalı, din xadimi Ağayev Pişan Abış oğlunun ailəsində dünyaya göz açmışdır. İlk təhsilini Züvüç kənd yeddillik mətəbində almışdır. 1953-cü ildə orta məktəbi tamamlayıb, keçmiş Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) filologiya fakültəsinə qəbul olmuş və 1957-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.
1964-1968-ci illər arasında o vaxtkı "Leninçi" (indiki "Lənkəran") qəzetində əvvəl müxbir, sonra şöbə müdiri və redaktor kimi fəaliyyətini davam etdirmişdir. O, ”Leninçi"qəzetiylə yanaşı, o dövrün məşhur satirik jurnalı olan "Kirpi"də, "Azərbaycan qəzeti", "Azərbaycan müəllimi" qəzetlərində də bir çox məqalə və felyetonları ilə öz fəaliyyətində yeni səhifələr açıb. Səlim müəllimin səs-sədası tez-tez radio və televiziyadan da gəlməyə başlayır. Onun mətbuatdakı maraqlı, günün tələbləri səviyyəsindəki çıxışları oxucu, dinləyici və tamaşaçilarin dərin rəğbətini qazanıb.
1968-ci ildə Baki Ali Partiya Məktəbinə daxil olmuş, iki ildən sonra ikinci ali təhsilini tamamlamışdir. 1971-ci ildə Səlim Ağayevin həyat və yaradıcılığının ən parlaq mərhələsi başlayır: O vaxtkı Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinin sədri mərhum Qurban Yusifzadənin təklifi ilə Azərbaycan televiziyasinda Lənkəran zonası uzrə müxbir təyin edilir. Hazırladıği xəbər, müsahibə, reportajlar həmişə xalqin diqqətində olmuşdur. Bu böyük ziyalının omrünün 45 ili qəzet və teleradio jurnalistikasina həsr edilmişdir. Səlim müəllim jurnalist olmaqla bərabər, həm də qayğikeş, mehriban ağsaqqal idi.
O, bir neçə dəfə fəxri fərman,"Əmək veterani" medalları ilə təltif edilmişdir. S.Ağayev keçmiş SSRİ Jurnalistlər İttifaqının, Azərbaycan Yaziçılar Birliyinin üzvü olub.
Allah rəhmət eləsin!
Miq.Az