Azərbaycanın yaşı 100-dən yuxarı sakinləri

Azərbaycanın yaşı 100-dən yuxarı sakinləri

Azərbaycanda yaşı 100 və 100-dən yuxarı 619 nəfər yaşayır.

“A24.az”ın Dövlət Statistika Komitəsinin (DSK) rəqəmlərinə əsasən hazırladığı məlumata görə, Azərbaycanda yaşayan uzunömürlülər daha çox Xankəndindən olanlardır: 86 nəfər.

Paytaxt Bakının isə yaşı 100 və 100-dən yuxarı 36 sakini var: bunlardan 17 nəfəri Binəqədi, 4 nəfəri Sabunçu, 2 nəfəri Suraxanı, 8 nəfəri Nərimanov, 1 nəfəri Nəsimi, 2 nəfəri Nizami, 1 nəfəri Xətai, 1 nəfəri Yasamal rayonunda yaşayır.

Abşeron iqtisadi rayonun 6 nəfər uzunömürlü sakini var.

Gəncə-Qazax iqtisadi rayonunda yaşı 100-dən yuxarı 83 sakin yaşayır: bunlardan 4 nəfəri Gəncə şəhərində (3 nəfəri Nizami, 1 nəfəri Kəpəz rayonunda), 30 nəfəri Tovuz, 8 nəfəri Şəmkir, 30 nəfəri Gədəbəy, 4 nəfəri Göygöl rayonlarında, 1 nəfəri isə Naftalan şəhərində yaşayır.

Şəki-Zaqatala iqtisadi rayonunu -5 nəfər. 3 nəfər Balakən, 1 nəfər Zaqatala, 1 nəfər Qaxda yaşayır.

Lənkəran iqtisadi rayonu -23 nəfər: 4-ü Astara, 13-ü Lənkəran, 1-i Lerik, 2-si Yardımlı, 1-i Masallı, 2-si Cəlilabadda yaşayır.

Quba-Xaçmaz iqtisadi rayonu -3 nəfər: 1 nəfər Qusar, 1-i Şabran, 1-i Siyəzəndə yaşayır.

Aran iqtisadi rayonu -37 nəfər: 2-si Beyləqan, 1-i Ağcabədi, 11-i Biləsuvar, 2-si Yevlax, 3-ü Zərdab, 8-i Sabirabad, 10 nəfəri Hacıqabulda yaşayır.

Yuxarı Qarabağ iqtisadi rayonu -278 nəfər: 2-si Cəbrayıl, 1-i Füzuli, 40-ı Ağdam, 61-i Tərtər, 10-u Xocalı, 36-sı Şuşa, 42-si Xocavənd, 86 nəfəri Xankəndi sakinidir.

Kəlbəcər-Laçın iqtisadi rayonu -81 nəfər: 51-i Kəlbəcər, 23-ü Laçın, 1-i Qubadlı, 6-sı Zəngilan rayon sakini.

Dağlıq-Şirvan iqtisadi rayonu -14 nəfər: 5-i Qobustan, 1-i İsmayıllı, 6-sı Ağsu, 2-si  Şamaxıda yaşayır.

Naxçıvan iqtisadi rayonu -53 nəfər: 1-i Naxçıvan şəhəri, 2-si Sədərək, 8-i Şərur, 13-ü Babək, 8-i Şahbuz, 10-u Culfa, 9-u Ordubad, 2-si Kəngərli rayonlunda yaşayır.

Xatırladaq ki, Azərbaycanın 9,6 milyona yaxın əhalisi var ki, bunun da 2,2 milyondan artığı paytaxt Bakıda yaşayır.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az