Azərbaycanla sərhəddə erməni çoban yoxa çıxıb

Azərbaycanla sərhəddə erməni çoban yoxa çıxıb
Axtarış işləri səhər saat 04:24 radələrində başlayıb.

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində çoban itkin düşüb.

Oxu.Az-ın erməni KİV-ə  istinadən verdiyi məlumata görə, 37 yaşlı Aknaxpur kənd sakininin itkin düşməsi barədə xəbəri Ermənistan Fövqəladə Hallar Nazirliyi yayıb.

İyunun 6-da gecə nazirliyin xilasetmə xidmətinə həmin şəxsin qoyunları otarmağa apardığı və geri qayıtmadığı barədə məlumat daxil olub.

Axtarış işləri səhər saat 04:24 radələrində başlayıb. 

Erməni çobanın Azərbaycan tərəfə keçdiyi haqda ehtimal hələlik irəli sürülmür.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az