Azərbaycanlı ailənin faciəsi: Uşaq məzara, ana həbsə... - VİDEO

Azərbaycanlı ailənin faciəsi: Uşaq məzara, ana həbsə... - VİDEO
Azərbaycan vətəndaşı Aysel Eşmenin öldürdüyü sevgilisi tərəfindən boğulan oğlu dünyasını dəyişib.

Missiya.Az xəbər verir ki, 9 aylıq Əmir Ayaz xəstəxanada ölüb.
Aysel 34 yaşlı Ümit Gökeri uşağını boğmaq istədiyi üçün öldürüb. Qadın kişinin arxasınca 50 metrə yaxın qaçıb, ona çatanda isə yeddi bıçaq zərbəsi endirib.

Araşdırma zamanı məlum olub ki, Aysel Ümidlə birgə ağır vəziyyətdə olan doqquz aylıq körpəsini həkim müayinəsinə gətirib. Həkimlər körpədə boğulma əlamətlərini aşkar ediblər və anaya bildiriblər ki, uşağın beyninə oksigen getmir.

Bundan sonra qadın xəstəxanadan çıxıb Ümidin avtomobilinə əyləşib. Çantasından bıçaq çıxardan Aysel sevgilisini vurmaq istəyib. Ümid avtomobildən çıxaraq qaçmağa çalışıb. Lakin Aysel ona çataraq yeddi bıçaq zərbəsi endirərək öldürüb. 27 yaşlı Azərbaycan vətəndaşı olan Aysel polis tərəfindən saxlanılıb. Qadın 9 aylıq körpəsini sevgilisi Ümid Gökarın yanında qoyub və işlədiyi bara yollanıb. Aysel sevgilisinin uşağını balıncla boğmaq istədiyini deyib. 

Bildirilir ki, Aysel bundan əvvəl ailəli olub və həmin evlilikdən uşağı dünyaya gəlib. Daha sonra ərindən boşanaraq Ümid Gökerlə birgə yaşamağa başlayıb.
Oğlanla onun münasibəti 2 ay əvvəl başlayıb. Ümid Gökarın da 2 övladı var.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az