Marneuli şəhərinin mərkəzi istirahət parklarının birində Gürcüstanın Azərbaycanlı Gəncləri İttifaqının (GACİ) təşkilatçılığı ilə Gürcüstanda qeyd olunan “Gürcü dili” günü keçirilib. “Vətəninfo”nun məlumatına görə. tədbiri açıq elan edən GAGİ-nin sədri Leyla Məmmədova gənclərə üzünü tutaraq söyləyib ki, Gürcüstanda yaşayan azərbaycanlı gənclər bu ölkəni sevməli, onun tarixini, mədəniyyətini, ədəbiyyatını və ən əsası dilini mükəmməl şəkildə bilməlidir. “Bizim ana dilimiz - Azərbaycan dilidir, ikinci ana dilimiz isə gürcü dili olmalıdır. Hər iki dili mükəmməl şəkildə bilməliyik”, - deyə o qeyd edib. Tədbirdə iştirak edən GAGİ-nin yeniyetmələr üçün fəaliyyət göstərdiyi “Bacarıqlı Əllər”dərnəyinin üzvləri, ibtidai və yuxarı sinif şagirdləri, gənclər və körpələr gürcü dilində şer, mahnı və rəqslər ifa ediblər. Gürcü dili, mədəniyyəti və adətləri haqqında gürcü dilində danışan yeniyətmə-gənclər bu ölkəyə məhəbbətlərini ifadə ediblər. Müxtəlif müsabiqələrin keçirilməsi və gənclərə həvəsləndirici hədiyyələrin təqdim olunması ilə davam edən tədbir iştirakçıların Gürcüstanın dövlət himnini ifa etmələri ilə başa çatıb.
Əli
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?